Əbülfət Mədətoğlu: Bir doğma dəyər, min yada!...
Gözdən, könüldən uzaqdı
Yerim, bu nimdaş dünyada...
Məni isidən sazaqdı -
Düşmür bu anda din, yada!..
Ha çəkim yükümü düzə
Kədər lövbər salır üzə...
Yəqin ki, bəllidi sizə -
Bir doğma dəyər, min yada!
İstək varsa ümid dərək,
Duamdan qalmayım gərək!..
Sevgiylə dolubsa ürək -
Düşməz nifrət. ya kin yada!..
Əbülfətin ruhu incə.
Aradabir qoyur dincə!..
Sevdiyim xatırlar. məncə -
Olmayanda bu dünyada...