Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

90-nın qanlı yanvar aylarında, Azərbaycanın müstəqilliyi yolunda aparılan mübarizədə, düşmənlər tərəfindən sındırılmağı istənilən xalqımız bütövləşmişdi.

Yaş fərqimiz çox olsa da, Məzahir müəllim həmişə sirrini mənə deyərdi. 2 milyonluq tirajla "Səhər" qəzeti Bakı küçələrində xalqa paylandıqdan sonra, Azərbaycanda informasiya blokadası tam olaraq yarılmışdı.

O günlərin birində, qardaşım məni kənara çəkərək, həbs olunacağı ilə bağlı qərar verildiyini bildirdi, geri qayıtmasa, anamızı qorumağımızı tapşırdı...

İllər keçdi... Son illərində Məzahir müəllimə müsahibə verməyə qoymurdum. Xəstəliyindən daha çox, haqsızlıqlar sağlamlığına təsir edirdi. Bir gün dedi:

- Tahir, az qalmışıq, əməyi keçən, sözün həqiqi mənasında qəhrəmanlıq edən insanlar var. Bu prosesi yaşayan, bilən, mərkəzdə olan, danışıqlar aparan bizlərik. Geniş müsahibə istəyiblər... Müsahibə olmayacaq, hadisələrin xronoloji ardıcıllığı olacaq, qoy tarixdə qalsın. Onlar unudulmamalıdırlar!

Məzahir müəllimin 20 yanvar, rəhbərlik etdiyi kollektivin nələrdən keçdiklərinə aid son və geniş müsahibələrindən biridir. Əməyi keçən Xaqani Səfəroğluna dərin təşəkkürümü bildirirəm.

Artıq Məzahir Süleymanzadə, Şakir Yaqubov, Hidayət Elvüsal, Rafael Nağıyev və digərləri həyatda yoxdurlar. Dünyasını dəyişənlərə rəhmət, qalanlanlara can sağlığı arzusu ilə...

Qanlı və şanlı 20 Yanvar, güllələnmiş "Səhər", sovet generalları qarşısında ideoloji müharibədən qalıb ayrılmış qəhrəmanlar!

Şəhidlərimizin ruhu şad olsun!

Elshen Memmedov

Allah Məzahir müəllimə rəhmət eləsin. O vaxt yeganə informasiya mənbəyi bas redaktor olduğu Səhər qazeti idi.

Yaşar Sultanov

Ruhunuz şad olsun, böyük insan! Yeriniz hər addımda görünür, əziz Məzahir müəllim! Məzarınız nurlu olsun!!!

Fikret Memmedov

20 yanvar hadisələrindən fotoları ilk paylaşan mətbuat nümayəndəsi idi. Allah rəhmət eləsin

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.