Meymunlar uşağı vəhşicəsinə öldürdü
Hindistanın Qucarat əyalətinin Qandinaqar bölgəsində meymunun hücumuna məruz qalan 10 yaşlı uşaq ölüb.
Meymun uşağın qarnını deşərək bağırsaqlarını kəsib.
Şoka düşən uşaq bağırsaqları çıxmış halda evə qaçıb.
Xəstəxanaya aparılan uşağı həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bir həftə ərzində eyni kənddə 3 meymun hücumunun olduğu bildirilir.