Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"İRƏLİ" Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Solo gənclik” layihəsi çərçivəsində növbəti konsert keçirilib. 
AZpress.AZ xəbər verir ki, layihə çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində G.Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbinin 9-cu sinif şagirdləri, balaban ifaçıları Bayramov Məhəmməd və Yaqubov Mirnicatın iştirakı ilə konsert baş tutub.
Tədbirdə çıxış edən layihə koordinatoru Mədinə Səlimova, G.Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbinin direktoru Vəfa Həziyeva, K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin direktoru, Əməkdar müəllim Fikrət Budaqov, Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin direktoru Tofiq Salmanov çıxış edərək Azərbaycanın zəngin musiqi mədəniyyətinin gənc nəslə çatdırılması və bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edilib. Balaban aləti və ifaçılığı sənətinin dünya ictimaiyyətinə tanıdılmasında gənclərin rolunun mühim əhəmiyyət kəsb etdiyi vurğulanıb. 
Daha sonra balaban ifaçıları Bayramov Məhəmməd və Yaqubov Mirnicatın ifasında Üzeyir Hacıbəylinin “Aşıqsayağı”, xalq mahnısı “Sarı gəlin”, Laqidzenin “Tbilisi haqqında mahnı”, Fikrət Əmirovun “Kor ərəbin mahnısı”, Adil Gərayın “Səfi-Kürd”, Ələkbər Tağıyevin “Sən gəlməz oldun” və Süleyman Ələsgərovun “Xəyala dalarkən” adlı musiqi nümunələri tamaşaçılara təqdim olunub. 
“Solo gənclik” layihəsinin həyata keçirilməsində əsas məqsəd gənclərin mədəni iştirakçılığının artırılması, musiqi mədəniyyətinin inkişafına töhfə vermək və istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdır.