S.Vurğun adına Mərkəzi Kitabxanada “Oxucularla üz-üzə” silsiləsindən tanınmış yazıçı-publisist, kinossenarist Eyruz Məmmədovla görüş keçirilib.
Kitabxananın oxucularının, Sumqayıt Texniki Kollecin tələbələrinin iştirakı ilə baş tutan tədbiri Mərkəzi kitabxananın Abonement bölməsinin müdiri Zemfira Mirzəyeva açaraq qonaqları salamlayıb. Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Eyruz müəllimin həyat və yaradıcılğını əhatə edən videoçarx nümayiş etdirilib. Eyruz Məmmədov oxuculara öz həyat və yaradıcılığı haqqında məlumat verib. Tədbirdə oxucular yazıçının yazdığı romanları haqqında müəllifə suallar ünvanlayıb. Müəllif ən çox bəyəndiyi sualları ünvanlayan fəal oxuculardan Hümbətov Murad, Quliyeva Pərvanə, Mikayıllı Səbinəyə müəllif imzalı kitab hədiyyə etdi, həmçinin həmin oxuculara Səməd Vurğun adına Mərkəzi kitabxana tərəfindən fəxri fərmanlar verilib. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)