Azərbaycanın futzal üzrə U-19 millisi AÇ-nin Sam-Marinoda təşkil edilən birinci seçmə qrup mərhələsini uğurla başa vuraraq adını növbəti mərhələyə yazdırıb.
Xatırladaq ki, baş məşqçisi İlqar Aslanov olan millimiz San-Marinoda əvvəlcə Kosovonu 4:1 hesabla məqlub edib. Ardından isə ev sahibi San-Marino ilə heç-heçə oynayıb 2:2. San-Marino isə Kosovaya 1:7 hesabla uduzduğu üçün Azərbaycan qrup lideri olaraq növbəti seçmə mərhələyə vəsiqə qazanıb.
İkinci seçmə mərhələdə isə millimiz Xorvatiya, Türkiyə və Bosniya-Herseqovina komandası ilə birlikdə 7-ci qrupda yer almaqla yeganə vəsiqə uğrunda mübarizə aparaq. Oyunlar 25-30 mart tarixində Xorvatiyada keçiriləcək.
Reqlamentə görə, qrupun qalibi AÇ-nin Moldovada təşkil ediləcək final mərhələsinə vəsiqə qazanacaq.
İNTİQAM Məmmədov