Bu gün kişi basketbol klubları arasında Azərbaycan Kubokuna start veriləcək. Turnir iştirakçıları mübarizəyə 1/8 finaldan başlayacaqlar. İlk olaraq Lənkəranda eyni adlı klub NTD-ni qəbul edəcək. Bu cütün qalibi 1/4 finalda "Şəki" klubu ilə üzləşəcək. Bu gün daha bir oyun isə Xırdalandakı Abşeron Olimpiya İdman Kompleksində yerli "Abşeron"la "Quba" arasında olacaq (19:00-da). Bu oyunun qalibi 1/4 final mərhələsində "Naxçıvan"la qarşılaşacaq.
1/8 final mərhələsinin oyunları sabah davam edəcək. Gəncə OİK-də yerli və eyni adli klub "Ordu"-nu qonaq edəcək (14:00-da). Cütün qalibi 1/4 finalda "Sərhədçi" ilə üzləşəcək.
Sabah isə Sumqayıtdakı OİK- də baş tutacaq 'Simqayıt"-"Neftçi" oyunu ilə 1/8 finala yekun vurulacaq. Bu qarşılaşmadan qalib ayrılan klub isə 1/4-də Azərbaycan çempionu adını daşıyan "Sabah"la münasibətləri ayırd etməyə çalışacaq.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)