Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"iPhone" üçün "WhatsApp"ın hazırkı beta versiyası artıq iOS-un köhnə versiyaları ilə işləyən "Apple" smartfonları tərəfindən dəstəklənmir. 

TestFlight-da iOS üçün WhatsApp 25.2.10.72 beta versiyasında proqram iOS 15.1 və ya daha yüksək versiya tələb edir. Həmçinin qeyd edilir ki, köhnəlmiş əməliyyat sistemi ilə işləyən smartfonlar 2025-ci il mayın 5-dən etibarən messencer tərtibatçıları tərəfindən dəstəklənməyəcək.

Belə ki, messencerin və "WhatsApp Business"in standart versiyasının istifadəçiləri proqramdan istifadə edə bilməyəcəklər: dəstəyin bitməsi ilə əlaqədar onlar mesaj göndərə və qəbul edə, həmçinin zəng edə bilməyəcəklər.

Siz iOS versiyasını smartfonunuzun "Parametrlər" - "Ümumi" - "Bu cihaz haqqında" bölməsində yoxlaya bilərsiniz. “iOS Version” sətri 15.1 və ya daha yüksək versiyanı göstərirsə, messencer yenilənəcək və problemsiz işləyəcək. Əks halda, "WhatsApp"dan istifadəni dayandırmalı, mümkünsə iOS-u yeniləməli və ya daha müasir "iPhone"a yüksəltməyi düşünməli olacaqsınız.

5 may 2025-ci ildə qüvvəyə minən məhdudiyyət iPhone 6, iPhone 6 Plus, iPhone 5s və iOS 14 və daha aşağı versiyalarla işləyən daha əvvəlki modellərin istifadəçilərinə şamil edilir.