25 iyul-3 avqust Rumıniyanın Piteşti şəhərində 18 yaşlı oğlanlar arasında baş tutacaq Avropa çempionatınin “B” divizionunda U-18 millimizin rəqibləri müəyyənləşib.Belə ki, divizionun “B” qrupunda yer alan millimiz Rumıniya, Gürcüstan, Danimarka, Ukrayna və Portuqaliya yığmaları ilə qarşılaşacaq.
4-13 iyul tarixlərində isə U-18 qız millimiz Litvanın Alitus və Vilnüs şəhərlərində Avropa çempionatı “B” divizionunun “B” qrupunda, Bosniya və Herseqovina, Litva, Kosovo, Ukrayna və İslandiya yığmaları ilə üz-üzə gələcək.
5-13 iyul Albaniyanın Tirana şəhərində 16 yaşlı oğlanlar arasında baş tutacaq Avropa çempionatı “C” divizionunda U-16 yığmamız “B” qrupunda, Lüksemburq, Andorra, San Marino və Cəbəllütariq yığmalarının rəqibi olacaq. 20-29 avqust tarixlərində isə U-16 qız millimiz Türkiyənin İstanbul şəhərində baş tutacaq Avropa çempionatı “B” divizionunun “B” qrupunda Slovakiya, İsveç, Niderland və Lüksemburq seçmələri ilə qarşılaşacaq.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)