Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tahir Əmiraslanov:

Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA)
ötən  2024-cü ilin nəticələrinə həsr olunmuş
hesabat iclası keçirilib

28.01.2025 
Tədbirdə Azərbaycan QHT Forumu, AHU Koalisiyası , Peşəkar Qənnadıçılar İB,AMKA -nın uzvləri, bir sıra QHT rəhbərləri, Naxçıvan, Lənkəran bölgələrinin nümayəndələri, iş adamları, restoranlar, şirkətlər , mütəxəsislər və AMKA  Məşğulluq Kurslarının ( Aşpaz və Qənnadıçı) müdavimləri , bir sıra qonaqlar, mətbuat nümayəndələri iştirak edirdilər
AMKA-nın Prezidenti, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov qurumun ötən ilki fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, AMKA tərəfindən 2024-cü ildə ölkəmizdə və xaricdə bir çox tədbirlər, layihələr həyata keçirilib.
Ən əsası 2024-cü ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin hərtərəfıi dəstəyi ilə “Qərbi Azərbaycanın Şirin İnciləri” kitabı ( ingilis və Azərbaycan dilində) çap edilib  və “Təndir hazırlanması və
Təndirdə çörək bişirilməsi”  ölkəmiz adına UNESKO-nun qeyri maddı mədəni irs siyahısına salınıb .  6 elmi məqalə çap edilib.
İtirilmiş bəzi yeməklərimiz bərpa edilib.
 AMKA-ni illik hesabatı və maliyyə hesabatları qəbul edildi.
Konfransda Ermənıstan Respublikasının Eım, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin Milli irs portalında 200-dən çox Azərbaycan mətbəx nümunəsinin  ermənı və yezidi  kuliniria irsi kimi əks olunmasına qarşı bəyanət müzakirə  və qəbul edildi. ( tam redaktədən sonra açıqlanacaq) 
Peşəkar Qənnadıçılar Birliyinin sədri Eynur Nağdəliyev  AMKA-nın Qənnadıçılıq kurslarının müdavimlərinə usta sinif keçmələri haqda sertifikatlar verdi.
Tədbir çərçivəsində media nümayəndələri və tərəfdaşlar, aktiv uzvlər A MKA-nın  “Təşəkkürnamə”si ilə təltif edilib. 
Daha sonra Azərbaycan Milli Kulinariya Assosiasiyasının 40 illik yubileyi ilə bağlı 2025-ci il üçün tədbirlər planı açıqlandı
***
28 01.2025 tarixdə AMKA -nın 2024-cü ilin yekunlarına həsr edilmiş Konfransında 14.01.2025 . Dövlət Məşğulluq Agentliyinin Azərbacan Milli Kulinariya Assosiyasında (AMKA)  təşkil etdiyi  “Qənadıçı -Şirniyyatçı “ kurslarında  
XANƏDAN Etno Restoranında  İsta siniflər keçmiş ,Peşəkar Qənnadıçılar Birliyinin Sədri və Yaradıcısi., AMKA-nın üzvü , bir çox beynəlxalq Festivalların qalibi  Ейнур Нагдалиев  öyrətdiyi müdavimlərin əl işlərinin sərgisi ilə tanış oldu.
Müdavimlərin əl işləri mükəmməl və məşhur Usta Qənnadıçı ixtisas dərəcəli , Beynəxalq dərəcəli münsif Cingiz Almazovun da diqqətini çəkdi. Qənnadıçı qrupumuza milli şirniyyat üzrə bir Usta sinif göstərməyə razılıq verdi.
Eynur Nağdəliyev  hər bir müdavimi  Peşəkar Qənnadıçılar İB-nın İsta Sinif Sertifikatıyla  mükafatlandırdı.
Qənnadıçılar qrupumuzda nəzəriyyə dərslərini idünya şöhrətli , ölkəmizi beynəlxalq tədbirlərdə bir çox dövlətlərdə təmsil edən ,Ali ixtisas təhsilinə  və böyük pedoqoji təcrübəyə malik,  Prezidentimiz tərəfindən Tərəqqi medalı ilə mükafatlandırılmış Rəsmiyyə xanım Allahverdiyeva aparır .
Kurslar ictimai iaşə müəssisələri, restoran biznesi üçün standart distur( resept) məcmuələri ilə tam təmin edilmişdir. Burada Uşaq bağçaları üçün ayrıca , orta məktəblər üçün ayrıca , xəstəxanalar üçün ayrı, pəhriz üçün ayrı, hərbiçilər üçün ayrı, restoranlar üçün ayrıca   Peşəkar kitablar və tədris kitabları müdavimlərin istifadəsinə verilmişdir. 
Film və slaydlar üçün ayrıca avadanlıq quraşdırılmışdır.
Hər tənəffüsdə müdavimlərin ödənişsiz çay içmə imkanları da var.
 Qənnadıçılıq üzrə   İlk mükafatlarını alan dəyərli müdavimlərimiz , Sizlərli ilk  Usta sinif Sertifikatınızla təbrik edirik.
Bizə göstərdikləri yüksək etimada görə Dövlət Məşğulluq Agenrliyinə təşəkkürlərimizi ifadə edir, bu etimadı doğruldacağımıza əmin edirik.
***

Yanvarın 28-də Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) ötən ilin nəticələrinə həsr olunmuş hesabat iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, assosiasiyanın prezidenti, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov qurumun ötənilki fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, AMKA tərəfindən 2024-cü ildə ölkəmizdə və xaricdə bir çox tədbirlər, layihələr həyata keçirilib.
Peşəkar Qənnadıçılar Birliyinin sədri Eynur Nağdəliyev dünya ölkələrində Azərbaycan restoranlarının sayının çox olmasının vacib olduğunu bildirib.
Tədbir çərçivəsində media nümayəndələri və tərəfdaşlar “Təşəkkürnamə” ilə təltif edilib. Mükafatçılar arasında AZƏRTAC da yer alıb.
Daha sonra Azərbaycan Milli Kulinariya Assosiasiyasının 40 illik yubileyi ilə bağlı 2025-ci il üçün tədbirlər planı açıqlanıb.
***
#tahiremiraslanov #tahirəmiraslanov #amka #kulinariya #AzərbaycanMilliKulinariyaAssosiasiyası #millikulinariya # # #  # # # #  #