Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gəl çıxaq üzü yaylağa

Gəzək dağları, dağları.

Səhər çağı şeh üstündə

Gəzək dağları, dağları.

 

Elçi göndər yara, gəlsin

Yolçular yola tələssin

Tanrıya çatacaq səsin

Gəzək dağları, dağları.

 

Sərin-sərin əsir külək

Cana gəlir, coşur ürək

Üzə gülür arzu, dilək

Gəzək dağları, dağları.

 

Qayalardan keçə-keçə

Cığırları seçə-seçə

Sərin sudan içə-içə

Gəzək dağları, dağları.

 

Gəl şairin tut əlindən

Qoy həzz alsın öz elindən

Şeir dinlə sən dilindən

Gəzək dağları, dağları.

ƏLİSA QƏMGİN