Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bütün fikrim, düşüncəm

Sənin üstünə gedir.

Adicə xəyalın da

Mənə sevinc bəxş edir.

 

Həsrət ağrıya dönüb

Ürəyimdə cəm olur.

Gecə səhərə kimi

Yuxusuz gecəm olur.

 

Başqa kim var mənimtək

Nəfəsi közdə olsun?

Məni ümidsiz qoyma,

Lap elə sözdə olsun.

 

Şaxta vuran çiçəyəm,

Soyuqdan soluxmuşam.

Mən sənsizlik adında

Mərəzə yoluxmuşam.

 

İçində qan ağlayan

Min naləli simim var.

Təkcə sənsən pənahım,

Səndən başqa kimim var?

 

Səni düşündüm, yenə

Ürəyimdə dərd dindi.

Taleyim əlindədir,

Məni dərd yeyir indi.

 

Xeyli vaxtdır yoxam mən,

Elə bircə sən varsan.

Cərrah qəlbimi yarsa,

Ordan da sən çıxarsan.