Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi “Qarabağ” futbol klubunu 2 min manat cərimələyib.
Ağdam klubu Premyer Liqanın 20-ci turunun "Turan-Tovuz"la "Qarabağ"ın məğlubiyyəti ilə başa çatan oyunundan sonra AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyi üçün cəzalandırılıb.
Bundan əlavə, AFFA qərara alıb ki, “Neftçi” klubu “Araz-Naxçıvan”a “Liv Bona Dea Arena” stadionunda 17 sınmış oturacaq üçün dəymiş ziyanı ödəməyə borcludur. “Neftçi”nin 1:2 hesabı ilə uduzduğu qarşılaşmada bakılıların azarkeşləri onları zədələyib.