Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fevralın 5-də Serbiyanın paytaxtı Belqradda qadın bokscular arasında beynəlxalq turnir keçiriləcək. Beş gün davam edəcək turnirdə Azərbaycan millisinin üzvləri də rinq döyüşünə çıxacaqlar. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə ölkəmiz sözügedən turnirdə beş boksçu ilə təmsil olunacaq. Bu beşlikdə isə Anaxanım İsmayılova (48 kq), Marjona Sarıyeva (50 kq), Aynur Mikayılova (57 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Rzayeva (+81 kq) yer alıb.

İNTİQAM Məmmədov