Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Parisdə böyüklər arasında cüdo üzrə keçirilən və 2025-ci ilin reytinq xarakterli ilk "Böyük Dəbilqə" turnirindən sonra elə həmin məkanda tatami ustalarının beynəlxalq təlim-məşq toplanışı başlayıb. Fevralın 6-dək davam edəcək bu toplanışa Azərbaycandan olan 33 cüdoçu, o cümlədən, Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kosayev ( hər ikisi Paris Olimpiadasının qalibi) və Rio-2016-nin finalçısı Elmar Qasımov da qatılıb.

Bu toplantı, 14:16 fevral günlərində Bakıda keçiriləcək "Böyük Dəbilqə"yə hazırlıq xarakteri daşıyır.

İNTİQAM Məmmədov