Səməd Vurğunun müraciət etdiyi mövzular məlumdur. O, tarixə də müraciət edib, beynəlxalq hadisələrə də, keçmişə də, gələcəyə də. Təbii ki, onun əsərlərində yaşadığı dövr və mühitin problemləri də əks olunub. Bəli, o, partiyanı da vəsf edib, sovet cəmiyyətini də. Kim bunları inkar edə bilər..? Amma gəlin özümüzə sual edək: öz müasirləri arasında bədii- poetik dili Vurğun qadər zəngın olan şairlərimiz çoxdurmu? Və yenə sual edək; xalqımızın öz sənətkarına bu sonsuz sevgisinin mənbəyi… səbəbi nədəndir?
* * *
Фируз Мустафа
Özünüz də görürsünüz ki, şair haqqında hərcayı danışanlar, ona daş atanlar, dil uzadanlar daim təpki və təhqirlə qarşılanır.... Hərçənd mən heç bir tehqirə bəraət vermirəm...)
Фируз Мустафа
Hələ orasını demirəm ki, böyük şair öz əsərlərindən başqa ədəbiyyata iki parlaq istedad da bəxş edib: Vaqiv və Yusif.
Vahid Çəmənli
Məncə, belə mövzuları müzakirəyə çıxarıb, neqativ toplamağa ehtyac yoxdur. Qoyun, tarix öz tarixliyində qalsın!
Xanməmməd Xanızadə
Cavidin yanında Səməd Vurğun kölgədir. Heç, Əliağa Vahid deyil.
Ragif Kerimli
Firuz müəllim siz daha yaxşı bilənlərdən olarsınız Səməd Vurğun elə canlı repressiya yaşayıb . Səməd Vurğunun sağ qalmasının bir səbəbidə rəhbərə salam şeri ilə yanaşı elə ona olan xalq sevgisidir. Çoxları elə bilir ki, 30- cu illərdə müstəntiqlər adamın qabağına çay qoyub xahiş edirmişlər ki, sən Allah izahat yaz. Day düşünmürlər ki, adamın özündən xalq düşməni olması haqqında izahat alırdılar
Акам Хаган
Xalqın dilini bilən, onun dərdini anlayan və anladan istər şair, istər alim, istər iş adamı olsun və ya istər bir siyasət adamı, xalqın sevgisini qazanar. Amma yaşadığı dövürdə işlədiyi günahlar varsa da, xatırlandığı sürədə qınanar. Bu yaşamın qaydasıdır. Vurğun, B. Vahabzadə və s. xalqın unudulmaz şairi olmuş, olacaq da. Səhvi ilə, günahı ilə
Фируз Мустафа
Köhnə dostlarım bilir, "təzələr" də bilsə yaxşıdır: səviyyəsiz, mənasız, təhqiramiz (kimin haqqında olursa-olsun), "diskomfort" yaradan "status" və "rəylərin" müəlliflərini adətən "istefaya" göndərirəm.
Yusifzadə Əsmər
Bəşərin vicdanı, eşqi, ürəyi,
Zehni, düşüncəsi, fikri, diləyi,
Bütün yer üzünün xoş gələcəyi,
Hər zövqü, səfası Partiyamızdır.
Partiya haqqında yazılan ikinci belə şeir varmı?! Dilin zənginliyi, məzmun, poetika, bədiilik, axıcılıq...
TC Arife Aliyeva
Nə olsun ki, partiyadan yazıb, amma necə yazıb, budur məsələ. Şeirdəki enerjiyə baxın, şeirdəki siqlətə baxın, elə bil göy gürüldayır, şimşək çaxır, şeiri oxuduqca ürək köksə sığmayır. Bu şeirin sehrinə düşməmək mümkün deyil. Səməd Vurğun poeziyasının qüdrəti ondadır ki, sözlərin axışı musiqi yaradır, harmoniya ruhuna işləyir, çox vaxt mövzuya deyil, səslənişə dalırsan. Özünün ibarəsilə desək, şeirləri yay kimi dartınır, ox kimi süzür, yerdən ayağımızı üzür, birbaşa ürəyimizə tuşlanır. Səməd Vurğuna güldən ağır söz deyən quru qafadır. Səməd Vurğun ürəklilərin şairidir, könüllərin fatehidir, dahidir. Şəxsiyyətinə gəlincə də, onu şəxsən tanıyan, onunla çiyin-çiyinə işləmiş qələm yoldaşları da, sıravi əməkdaşlar da ondan ehtiramla, ürəkdolusu danışırdılar. Allah millətimizə bir də lütf eyləsin, Səməd Vurğun kimi bir şair də bəxş eyləsin tezliklə, nədən yazır-yazsın, amma Səməd Vurğun kimi yazsın. Məməyeyənimizdən pəpəyeyənimizə qədər hamımız "Azərbaycan"ın ardınca onun şeirini oxuyaq. Amin deyən dillər var olsun.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.