ABL -da 13-cu tur çərçivəsində daha bir oyun baş tutub. Quba Olimpiya İdman Kompleksində yerli və eyniadlı klub "Sumqayıt"ı qəbul edib. Qarşılaşma ev sahibinin 10 xal fərqli qələbəsi ilə başa çatıb - 90:80 (25:23, 18:24, 21:16, 26:17). Matçın ən yaxşı oyunçusu adına isə 28 xalla yadda qalan Saymon Kirkland ("Quba") layiq görülüb.
Bu gün isə hesabat turu çərçivəsində "Neftçi" ilə "Sərhədçi" qarşılaşacaq. Oyun saat 19:00-da "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.
Xatırladaq ki, turun ilk matçında "Naxçıvan" klubu səfərdə "Abşeron"u üstələyib - 70:76.
İNTİQAM Məmmədov