Trampın Qəzza sakinlərini məcburi təhcir etmək (başqa ölkələrə köçürmək) planı sözün tam anlamıyla etnik təmizləmə deməkdir.
Nobel mükafatına iddialı olan ABŞ prezidenti özünü Bosniya əhalisini qıran keçmiş Yuqoslaviya qəssabı Miloşeviç kimi və ya Xocalı qatilləri Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan kimi aparmamalıdır.
Dünyanın Trampın bu planına sərt reaksiya verməsi də anlaşılandır.
P.S.
Qəzza Netanyahu tərəfindən yerlə-yeksan edilsə də, lakin qəzzalılar öz dağılmış yurd-yuvalarında yaşamaq istəyirlər. İnsanları öz yurd-yuvalarından zorla didərgin salmaq iblislikdir.
* * *
Aytan Mouradova
Onlari adam sayan yoxdur
Beybala Mirzeyev
Aytan Mouradova, bəli, qəzzalılar ortada qalıblar - çarəsiz, baxımsız, sahibsiz, hüquqsuz...
Beybala Mirzeyev
Aytan Mouradova, Trampın bu cür ağılsız, anti-insani planı qismən də olsa ərəb ölkələrini hərəkətə gətirəcək, müsəlman həmrəyliyi baş qaldıracaq.
Beybala Mirzeyev
Aytan Mouradova, Səudiyyə Ərəbistanı bu gün Trampın fələstinlilərin Qəzzadan köçürülməsi təşəbbüsünü kəskin tənqid edib.
Ölkənin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında vurğulanıb ki, Ər-Riyad müstəqil Fələstin dövləti yaradılmayana qədər İsraillə diplomatik əlaqələr qurmayacaq.
Səudiyyə Ərəbistanı həmçinin “işğal və məcburi köçkünlük də daxil olmaqla fələstinlilərin hüquqlarını pozan hər hansı hərəkəti” pisləyib.
Krallığın mövqeyi onun Fələstin məsələsinə sarsılmaz dəstəyini və regionda demoqrafik vəziyyətin dəyişməsinə səbəb ola biləcək hər hansı təşəbbüslərə qarşı olduğunu vurğulayır.
Ismayıl Muradxanlı
İlahi, gör dünyanın ən qüdrətli dövlətini kim idarə edir...
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.