Kişi basketol klublarının mubarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) 14-cu turun oyunları davam edir. Fevralın 6-da liqada hesabat turu çərçivəsində daha bir oyun keçirilib. "Sərhədçi" İdman Kompleksində eyni adlı klubla "Neftçi" qarşılaşıb. Görüş "Neftçi"-nin qələbəsi ilə başa çatıb - 82:67 (14:17, 22:11, 22:22, 24:17).
Matçın ən yaxşı oyunçusu adına isə 18 xal və 14 podborla yadda qalan Hendriks Vanete Rouz ("Neftçi") layiq görülüb.
Bundan əvvəl keçirilən oyunlara gəlincə, "Naxçıvan" "Abşeron"u 76:70, "Quba" isə "Sumqayıt" klubunu 90:80 hesabla məqlub edib.
Fevralın 7-də tur çərçivəsində daha bir oyun keçiriləcək. "Sərhədçi" İdman Mərkəzində ölkə çempionu "Sabah" NTD-la üzləşəcək. Çempion qalib gələcəyi təqdirdə A qrupunda yenidən liderliyi ələ alacaq.
İNTİQAM Məmmədov