Fevralın 5-də Xorvatiyanın paytaxtı Zaqrebdə idman güləşi üzrə startı verilən ilin ilk reytinq xarakterli turniri - "Zaqreb Open" davam edir. İlk iki günü Azərbaycan komandası üçün uğurlu olan (7 medal) turnirin bu günə təsadüf edən üçüncü günü daha 6 güləşçimiz (4 yunan-Romaci, 2 qadın güləşçi) döşək üzərinə çıxaraq medallar uğrunda mübarizə aparacaq.
Klassiklərdən Murad Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kq), Həsrət Cəfərov və Fərid Xəlilov (hər ikisi 67 kq), qadınlardan isə Alena Kolesnik və Günay Qurbanova ( hər ikisi 59 kq) nəyə qadir olduğunu nümayiş etdirəcək.
Azərbaycanın 33 idmançı ilə qatıldığı bu turnirə fevralın 9-da yekun vurulacaq.
İNTİQAM Məmmədov