Xorvatiyanın paytaxtı Zaqrebdə idman güləşinin hər üç növü üzrə keçirilən və mövsümün ilk reytinq xarakterli turniri olan "Zaqreb Open"-də sərbəst güləş yarışları başa çatıb. Baş məşqçisi Xetaq Qazyumov olan Azərbaycan millisi bu yarısı 7 (1-3-3) medal və 129 xalla başa vurub. Yığmamız bu göstərici ilə komanda hesabında ABŞ (190 xal) və İrandan (180 xal) sonra üçüncü yeri tutub. Komandanın aktivinə yazılan yeganə qızıl medalı Kənan Heybətov (70 kq) qazanıb.
İNTİQAM Məmmədov