Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xəbər verdiyimiz kimi 14-16 fevral günlərində paytaxt Bakıda kişi və qadınlar arasında cüdo üzrə reytinq xarakterli "Böyük Dəbilqə" turniri keçiriləcək. Milli Gimnastika Arenasında üç gün davam edəcək bu turnirdə dünyanın ulduz cüdoçuları da tatamiyə çıxacaqlar. Qeyd edək ki, əfsanəvi ulduzlardan aşağıdakı cüdoçular Bakıya gələcəklər:

Dstria Krasniqi (Kosovo, 52 kq) - Olimpiya çempionu, dünya çempionatının (DÇ) mükafatçısı;

Tara Babulfat (İsveç, 48 kq) - Olimpiya çempionu, DÇ mükafatçısı;

Somon Maxmadbekov (Tacikistan, 81 kq) - Olimpiya və DÇ mükafatçısı;

Tamerlan Başayev (BCF, +100 kq) - Olimpiya və DÇ mükafatçısı;

Cean Van Lisxaum (Hollandiya, 63 kq) - dünya çempionu.

Qeyd: Bakı Dəbilqəsində planetin 4 qitəsini təmsil edən 38 ölkədən 277 (176 kişi və 101 qadın) cüdoçu tatami üzərinə çıxacaq.

İNTİQAM Məmmədov