Palıd ağacında bir yarpaq qalıb,
Yerə düşənlərin üzü gülməyir.
Hamı dərd içində xəyala dalıb:
-Necə həyasızdır, düşmək bilməyir!
Yarpaqsa bilirdi, yox idi əlac,
Çoxdan ayrılmışdı yaşıl çağından.
-Mənə vəfalıdır,- deyirdi ağac,
-Ayrılmaq istəmir öz budağından.
Son yarpaq hələ də edirdi səbir,
Yağış da, külək də onu döyürdü.
-Buna bax, bu mənim gücümü bilmir!
Külək də qəzəblə onu söyürdü.
Damcılar döydükcə başın bulayır,
Hələ ağacdadır sonuncu yarpaq.
Bəlkə də hər anın qənimət sayır,
-Gec, ya tez, gələcək!- dilləndi torpaq.
Məmməd Əvəzoğlu.05.02.2025.
