Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"İnter Mayami"nin və Argentina milli komandasının hücumçusu Lionel Messi "FourFourTwo"nun versiyasına görə tarixin 100 ən yaxşı futbolçusu siyahısında birinci yeri tutub.

İkinci yeri Braziliya millisinin sabiq futbolçusu Pele, üçüncü yeri isə argentinalı Dieqo Maradona tutub.

İngilis nəşri portuqaliyalı “Əl-Nassr”ın hücumçusu Kriştiano Ronaldonu reytinqdə dördüncü yerdə qərarlaşdırıb.

"FourFourTwo"ya görə futbol tarixinin ən yaxşı 10 oyunçusu:

Lionel Messi (Argentina)
Pele (Braziliya)
Dieqo Maradona (Argentina)
Cristiano Ronaldo (Portuqaliya)
Yohan Kroyff (Hollandiya)
Ronaldo (Braziliya)
Zinəddin Zidan (Fransa)
Franz Bekkenbauer (Almaniya)
Alfredo Di Stefano (İspaniya)
Marko van Basten (Hollandiya).