Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tarixdə ilk dəfə olaraq iki Azərbaycan idmançısı dünyanın ən yaxşı 100 badmintonçusu sırasına daxil olub.

Siyahı Dünya Badminton Federasiyası (BWF) tərəfindən açıqlanıb.

Beynəlxalq turnirlərdə uğurlu çıxışları ilə yadda qalan gənc idmançı Ülvi Hüseynov siyahıda 63-cü yeri tutub. O, İran və Türkiyədə mükafatlar qazanaraq reytinqini 4050-yə yüksəldib.

Azərbaycanın digər gənc təmsilçisi Xəcər Nuriyeva 2023 və 2024-cü illərdə Tacikistan, İspaniya, Türkiyə, Zambiya və Botsvanada keçirilən beynəlxalq yarışlarda medallar qazanaraq 47-ci yeri tutub. O, sonuncu dəfə bu il İranda Leyla Camalzadə ilə cütlük yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq reytinqini 5800-ə yüksəldib.