Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

London Universitet Kollecinin alimləri müəyyən ediblər ki, sakitləşdirici, klassik musiqi iştahı idarə etməyə kömək edir, şən musiqi isə yüksək kalorili və yağlı qidalara olan həvəsi artırır. 

Alimlər bir neçə restorana gələnlərin yemək davranışını öyrəndikdən sonra bu qənaətə gəliblər. Onlar otaqda ifa olunan musiqi növü ilə iştirakçıların yemək seçimləri arasında korrelyasiya tapıblar.

Məlum olub ki, yemək yeyərkən klassik musiqi dinləyən insanlar daha çox az yağlı qidaları seçirlər və ümumilikdə daha az kalori qəbul edirlər. Eyni zamanda, enerjili caz, rep və ya rok musiqisi iştirakçıların iştahını artıraraq, onları yağlı və şirin qidalara, həmçinin enerji dəyəri yüksək olan qidalara üstünlük verməyə sövq edib.

Tədqiqatçılar rahatlaşdırıcı, yavaş templi klassik musiqinin beynin aclıqdan məsul olan bölgələrində fəaliyyəti azalda biləcəyini irəli sürürlər. Ancaq bu fərziyyəni təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var.