Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bu gün ABL-da 14-cü tur çərçivəsində daha bir oyun keçirilib. Söhbət "Sərhədçi" İdman Mərkəzində baş tutan "Sabah" - NTD matçından gedir. Bu görüşdə ölkə çempionu adını daşıyan "Sabah" qalıb gəlib - 96:85 (24:16, 29:20, 25:20, 18:19). Matçın ən yaxşı oyunçusu adına isə dəqiq atışları ilə özünün və "Sabah"in aktivinə 25 xal yazdıran Kameron Blu layiq görülüb. Bu oyunun nəticəsindən asılı olaraq, çempion yer aldığı A qrupunda liderliyi yenidən ələ alıb. Hazırda aktivində 25 xalı olan "Sabah" ən yaxın təqibçisi olan "Naxçıvan" klubunu 1 xal geridə qoyub.

Sabah keçiriləcək daha iki oyunla hesabat turuna yekun vurulacaq. Gəncə OİK-də yerli "Gəncə" "Şəki"-ni qəbul edəcək (14:00). Lənkəranda isə eyni adlı klub "Ordu"-nu qonaq edəcək (14:00).

İNTİQAM Məmmədov