Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Günay Qurban Qurbanova finalda Alyona Kolesniki məğlub edib

Xorvatiyanın paytaxtı Zaqrebdə idman güləşi üzrə keçirilən və ilin ilk reytinq xarakterli turniri olan "Zaqreb Open" davam edir. Üçüncü gün ikisi qadın, dördü isə yunan-Romaci olmaqla 6 təmsilçimiz mübarizəyə qatilib. Turnirin ilk iki günü olduğu kimi üçüncü günü də Azərbaycan millisi üçün uğurlu olub. Belə ki, döşək üzərinə çıxan qadın təmsilçilərimiz çıxışını daha tez və  uqurla bitiriblər. Mraqlidir ki, eyni çəkidə döşək üzərinə çıxan təmsilçilərimiz - Alyona və Günay Qurbanova qrup mərhələsini lider kimi bitirərək əvvəlcə yarımfinala, sonra isə finala yüksələrək Zaqrebdə Azərbaycan finalı yaradıblar. Həlledici finalda isə Günay Alyonadan güclü olaraq (4:2) turnirin qalibi adını və qızıl medalını qazanıb. Alyona isə ikinci yeri tutmaqla gümüş medalla kifayətlənib.

Bununla da Azərbaycan komandasının aktivindəki medalların sayı 9-a (2-4-3) çatıb. 

Turnirin üçüncü günü mübarizəyə qatılan klassiklərin yarısı isə hələlik başa çatmayıb. 

İNTİQAM Məmmədov