Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin musiqili karvanı hər il olduğu kimi bu ildə fevral ayının 5-də Qara Qarayev sənətinin ildırımlı izləri ilə addımlayaraq, dinləyicilərini daha bir möhtəşəm konsertlə qarşıladı. Tədbirin musiqili darvazalarını giriş sözü ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül xanım Hüseynova açdı. Dahi bəstəkarın musiqi dünyasının incə naxışlarından, dünya baxışlarından söhbət açan Könül xanım Qarayev yaradıcılığını işıqlandıraraq, dinləyicilərini onun nuruna qərq etdi.
Q.Qarayev musiqisi Beynəlxalq Muğam Mərkəzinin səhnəsini öz ağuşuna alaraq daha bir uğurlu konsertə möhürünü vurdu. Belə ki, proqrama daxil olan əsrarəngiz əsərlərin çələngi musiqişünas Nərgiz Kərimovanın nəfis təqdimatında növbələşdi. Aparıcı və ssenarist Nərgiz xanım konsertə məxsusi rəng qatan söz ilmələri və video kadrları ilə gözlər önündə Qarayev musiqisinin görmədiyimiz tərəflərini, qönçə kimi açılmamış duyğularını aşıladı. Hər ifa özündə böyük əmək və ürək daşıdı. Bu ifalar səsləndikcə dinləyicilərin qəlb körpüləri Qarayev musiqinin sehrli telləri ilə daha sıx düyünlənməyə başladı. Konsert proqramını Zümrüd Məmmədovanın ifasında (müəllim: Gülçin Aslanova) açan "Eskiz " əsəri uzun incə bir musiqi cığırına yol açıb dinləyiciləri Qarayev dünyasına səyahətə apardı . Bu səyahətin səyyahları Qarayev əsərlərinin limanlarına lövbər salaraq, hər dəfə bir əsrarəngiz musiqi mənzərəsi ilə qarşılaşdı.
Belə ki, musiqili karvan “Vals” - Xəzər neftçiləri haqqında dastan” kinofilmindən musiqi- (ifaçılar: Samir Əsədli , Ziya Hümmət, konsertmeyster: Sevinc Kərimova), “İnsan məskən salır” kinofilmindən musiqi (ifaçı: Malik Qədimzadə, müəllim: Əməkdar artist Nigar Məlikova) “Don Kixot” simfonik qravürlərindən “Səyahət” (ifaçı: Aylin Şirinova, konsertmeyster: Nazilə Əliyeva, müəllim:Orxan Cumayev),“Çılğın qaskoniyalı” müzikılından Roksananın ariozası (ifaçı: Regina Məcidova, konsertmeyster: Mətanət Nurullayeva) “İldırımlı yollarla” baletindən Ehtiraslı qızın rəqsi” - Zinayda Vitkinin işləməsi əsasında ( ifaçı: Mətanət Nurullayeva), “Я вас любил” romans( ifaçı: Nərgiz Şahbazova, konsertmeyster: Sevinc Məmmədova, müəllim: Atəş Qarayev ), “Alban rapsodiyası”, Vyetnam süitası -ilk dəfə səslənmə, (Q.Qarayev adına MİM-nin kiçik tərkibli orkestri, bədii rəhbər:Nigar Cavadova),“Yeddi gözəl” baletindən Adajio (ifaçı: Dəniz Qocayeva, müəllim: Əməkdar artist Vaxtanq İmanov, konsertmeyster: Nigar Heydərli), “Çin gözəli” (ifaçı:Günay İsmayılova, konsertmeyster: Gülnaz Eldarlı, Çin gözəli Zəhra Məmmədli, xoreoqraf: Emil Əzizov, “İran gözəli” (ifaçı:Amina Ayvazova, konsertmeyster: Arzu Səfərova, müəllim: Rauf Hüseynli, İran gözəli – Zəhra Nəhmətova, müəllim: Əməkdar artist Tamilla Əliyeva), “Slavyan gözəli” (Qanun ansamblı: Əhmədsoy Şahanə, Babayeva Nigar, Namazova Röya, konsertmeyster: Kərimova Sevinc , müəllim: Bəturə Əhmədsoy, Slavyan gözəli - Dəniz Quliyeva, müəllim: Emil Əzizov), Vals- 7 gözəl və Bəhram şahın dünyasından keçərək (müəllimlər: Əməkdar artist Tamilla Əliyeva, Emil Əzizov) unudulmaz bir Qarayev gecəsini incə naxışlarla rövnəqləndirdi. Tədbirin sonunda Q.Qarayevin sevimli tələbələrindən olan Əməkdar incəsənət xadimi, professor, bəstəkar Elnarə xanım Dadaşova çıxışı zamanı müəllimi Qara Qarayevin əziz xatirəsini sevgi və ehtiram dolu duyğularla yad edərək, kövrək notlara toxundu.
Konserti izləyən hər bir dinləyici onun incə zövqlə hazırlanmasından məmnunluq hissi duyaraq, tədbirin ərsəyə gəlməsində böyük əməyi olan professor Könül xanım Hüseynovaya, musiqişünas Nərgiz Kərimovaya, iştrakçı müəllimlərə və öz balaca ürəkləri ilə böyük istedad nümayiş etdirən şagirdlərə sonsuz təşəkkürlərini bildirdilər.
Musiqişünas: Nərgiz Kərimova
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)