Fevralın 10-da Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Türkiyə Respublikasının Gəncə şəhər konsulu Rəcəb Öztopu qəbul edib. Çay süfrəsi ətrafında baş tutan görüşdə rayon rəhbəri qonağı salamladıqdan sonra iki qardaş ölkənin hazırkı yüksək səviyyədə olan dostluq münasibətlərindən danşıb.
"AZpress.AZ" İnformasiya Agentliyinin bölgə müxbiri xəbər verir ki, Rəcəb Öztop Azərbaycanı çox sevdiyini bildirərək burada özünü olduqca xoşbəxt hiss etdiyini dilə gətirib. Azərbaycana olan sevgisi əvvəlcə onu Naxçıvanda, hazırda isə Gəncə şəhərində işləməyə sövq edib. Türkiyəli konsul Vətən müharibəsində Azərbaycan xalqının əldə etdiyi möhtəşəm Zəfərdən də söz açaraq, bu qələbənin, bu Zəfərin bütövlükdə türk dünyası üçün qürurlu olduğunu deyib.
Daha sonra icra başçısı Rafil Hüseynov Ağcabədi rayonu, onun tarixi, elm, incəsənət və digər sahələrə adlarını yazdırmış görkəmli şəxsiyyətləri, eləcə də rayonda fəaliyyət göstərən mühüm əhəmiyyətli istehsal və emal müəssisələrindən, həmçinin Ağcabədinin iqtisadiyyat sahəsində əldə etdiyi uğurlu göstəricilərdən danışıb.
Sonda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov türkiyəli konsula hədiyyələr təqdim edib.
Rəcəb Öztop görüş üçün rayon rəhbərinə öz minnətdarlığını ifadə edib.
Mais İbrahimov
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)