Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi və qadın şahmatçılar arasında keçirilən Azərbaycan çempionatı davam edir. Olimpiya sistemi (uduzan çıxır) üzrə keçirilən çempionatda dünən 1/4 mərhələnin cavab oyunları keçirilib. Bu mərhələdə keçirilən iki oyunun nəticəsinə görə Şəhriyar Məmmədyarov, Misrətdin İsgəndərov və Ülviyyə Fətəliyeva çempionatın yarımfinal mərhələsinə yüksəlib. Qeyd edək ki, Məmmədyarov 1/4-də Məhəmməd Muradlı (2:0), İsgəndərov hazırkı Azərbaycan çempionu Aydın Süleymanlı (2:0), Avropa çempionu Ülviyyə Fətəliyeva isə Zeynəb Məmmədyarova (2:0) üzərində qələbə qazanıb.

Mərhələnin digər cutlərində isə qalib aşkar edilmədiyi üçün oyunlar bu gün tay-brekdə davam edəcək. 

Tay-brekdə aşağıda cütlər qarşılaşacaq:

Vüqar Əsədli - Teymur Rəcəbov - 1:1;

Rauf Məmmədov - Əhməd Əhmədzadə - 1:1;

Gövhər Beydullayeva - Türkan Məmmədyarova - 1:1;

Günay Məmmədzadə - Səbinə İbrahimova - 1:1;

Gülnar Məmmədova - Xanım Balacayeva - 1:1.

Xatırladaq ki, mükafat fondu 60 min manat təşkil edən kişilərin yarışında qalib 20, mükafat fondu 30 min manat olan qadınların yarışında isə qalib 10 min manat qazanacaq.

İNTİQAM Məmmədov