Azərbaycan Respublikası Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorizm, terrorçuluğu maliyyələşdirmə və digər cinayətlərdə cəza nəzərdə tutan maddələri ilə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Fevralın 10-da Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə açıq məhkəmə iclası keçirilib.
Təqsirləndirilən şəxs öz mövqeyini ana dilində ifadə etmək üçün tərcüməçi, müdafiəsi üçün vəkillərlə təmin olunur.