Binəqədi Rayon Məhkəməsi müğənni Dəniz Əsədovanın növbəti dəfə axtarışa verilməsinə qərar verib. Buna səbəb onun təqsirləndirilən şəxs olduğu cinayət işi üzrə bu gün saat 15:30-a təyin edilmiş məhkəmə iclasına gəlməməsi olub.
Vəkil Asim Abbasov D.Əsədovanın axtarışa verilməsi ilə bağlı vəsatət qaldırıb və məhkəmə onu təmin edib.
Nəzərə almaq lazımdır ki, müğənni ilk dəfə deyil ki, ədalətdən yayınır. Artıq Binəqədi Rayon Məhkəməsi onun barəsində axtarış elan edib.
Məlumata görə, D.Əsədova əvvəllər də vətəndaşlara böhtan atdığına görə Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və digər maddələri ilə məhkum olunub. Hazırda Binəqədi Rayon Məhkəməsi müğənninin təqsirləndirilən şəxs qismində cəlb olunduğu dörd ayrı cinayət işinə baxır.