Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fevralın 9-da Zaqatala Rayon Polis İdarəsinin işçiləri tərəfindən aparılan əməliyyat və axtarış işləri nəticəsində, 2022-ci ilin mayında Zaqatala rayonunda itkin düşmüş Hindistan vətəndaşının qalıqları, eləcə də ona məxsus əşyalar tapılıb.

Qalıqlar və digər əşyalar yüksək dağlıq ərazidən çıxarılaraq, müvafiq ekspertizanın aparılması üçün Zaqatala Rayon Prokurorluğuna təhvil verilib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü Kondaveeti Manikathanın ailəsi onun tapan şəxsə 40 min manat pul mükafatı verəcəyini vəd etmişdi.