44 günlük Vətən müharibəsinin qəhrəmanı Xüsusi təyinatlı Qüvvələrin ən gənc mənsubu "Bala Canavar" ləqəbli Şəhid Əliyev Elnur Ərəstun oğlunun 10 fevral tarixində doğum günü ilə əlaqədar olaraq Göyçay Mədəniyyət mərkəzində xatirəsinə həsr olunmuş "Bənövşə ömurlu oğul payımsan" adlı kitabının təqdimatı təşkil olunmuşdur. Tədbirə gələn qonaqlar ilk öncə Şəhidlər Xiyabanını ziyarət ediblər. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, kitabın müəllifi Azərbaycan Yazıçılar birliyinin üzvü Şairə Esmira Günəşin təşəbbüsü ilə baş tutan tədbirdə şəhid Elnur Əliyevin ailə üzvləri ilə yanaşı müxtəlif bölgələrdən gələn şəhid ailələri, qazilər, hərbiçilər, mədəniyyət nümayəndələri, şəhidin təhsil aldığı N. Gəncəvi adına 7 saylı tam orta məktəbin kollektivi, şəhidin doğmaları, dostları, jurnalistlər, şairlər iştirak edirdilər.Tədbir Azərbaycan Respublikasının dövlət himni və şəhidlərin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayaraq, qonaqların bir- birindən maraqlı çıxışları ilə davam edib.Tədbirin sonunda kitablar Şəhid Elnur Əliyevin ailə üzvləri adından gələn qonaqlara hədiyyə olunub. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırılıb.
Qeyd edək ki, "Bənövşə ömürlü oğul payımsan" kitabı şəhid Elnur Əliyevin xatirəsinə həsr edilsə də kitabda həmçinin Göyçayın digər şəhidləri də yer alıb.
Esmira Günəş
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)