Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cənub boksçularının növbəti uğuru 

 

1 qızıl, 1 gümüş, 3 bürünc medal

 

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi başa çatıb.
Altı gün (4-9 fevral) Bakı Boks Mərkəzində davam edən yarışlarda ölkənin şəhər və rayonlarını təmsil edən 62 komanda tərkibində 319 (280 oğlan, 39 qız) dəri əlcək ustası qüvvəsini sınayıb. 
Lənkəran-Astara regionunun idmançıları respublika birinciliyində yüksək nəticələr əldə ediblər.
Belə ki, Masallı idmançıları Qardaş Rəhimov (44 kq) qızıl, Fərid Quliyev (46 kq) bürünc, Astara boksçusu Səbinə Səmədzadə (46 kq) gümüş, Lənkəran idmançısı Coşqun Muradov (70 kq) və cəlilabadlı Rəvan Ələsgərli (46 kq) bürünc medala sahib olublar. 
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, idmançıları yarışlara məşqçi-müəllimlər Orxan Cəbiyev, Ayaz Baxşıyev və Səid Atakişiyev hazırlayıb.

 

Akif AĞAYEV