Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İş qrafiklərini kim təqdim edib? Bunu təqdim edənlər işəgötürəndən soruşublar? İş qrafikinin dəyişməsi həm də əmək şəraitinin şərtlərinin dəyişməsi deməkdir. İşçilərdən soruşulub nəsə? Ən azı bir ay əvvəl işəgötürən işçiyə xəbərdarlıq etməlidir. Bəlkə heç müəssədə iş qrafikini dəyişmək mümkün deyil? Bəlkə müəssisə növbə və ya vaxta sistemi ilə işləyir. Həyatı və təhlükəsizliyi təmin edən və 24\7 rejimində işləyən iş yerlərində iş rafiki necə tənzimlənəcək? Bizdə çoxminlik işçi kollektivi olan neçə müəssisə var? İşçilərinin sayı 3, 5, 15, 20, 50 nəfər olan iş yerlərinə kim nəzarət edəcək? Axı belə iş yerlərinin sayı onminlərlədi.

İş rejiminin dəyişməsi əlavə xərclər yaradarsa (məsələn iş saatının bir hissəsi gecə saatlarına düşərsə əmək haqqına əlavə ödənilməlidir. İş vaxtının bir hissəsi dəyişmə nəticəsində qaranlıq vaxta düşəndə əlavə enerji itkisi yaranır və s.) onu kim ödəyəcək? Dövlət orqanları və büdcə təşkilatlarında iş qrafiki necə tənzimlənəcək? Tədris müəssələrində iş qrafiki (hələ tədris qrafikini demirəm) necə tənzimlənəcək?