Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar Bakıdakı Rus Evi fəaliyyətini dayandırır.

Bu barədə Bakıdakı Rus Evinin məlumatında deyilir.

Xatırladaq ki, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin – “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin “Rus Evi”nin hüquqi şəxs kimi qeydiyyata alınmaması və Azərbaycan qanunvericiliyini pozması barədə Rusiya tərəfinə məlumat verildikdən sonra 2025-ci il fevralın 3-də Rusiya Evinin fəaliyyətinin dayandırılması barədə Rusiya tərəfinə nota göndərilib.

Qeyd edək ki, “Rus evləri” dünyanın onlarla ölkəsində mövcuddur. Agentliyin özü 2022-ci ilin iyul ayından etibarən Aİ-nin sanksiya siyahısındadır, lakin bəzi Avropa ölkələrində fəaliyyətini davam etdirir.

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Avropa ölkələri "Rossotrudniçestvo"nu “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətləri və ya siyasəti dəstəklədiyi və ya həyata keçirdiyi üçün” sanksiya siyahısına daxil edib. Ukraynanın özündə də təşkilat 2021-ci ildən sanksiyalar altındadır.