Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

8-9 fevral günlərində Latviyada çimərlik voleybolu üzrə bu ölkənin açıq çempionatı keçirilib. Qeyd edək ki, Olimpiya sistemi üzrə keçirilən çempionatda Azərbaycan iki cütlüklə təmsil olunub: Məhəmməd Aslanlı/ İbrahim Məmmədov və Heydər Məmmədli/Nəriman Bayramlı cütlüyü.

ABF-dan verilən məlumata görə, H.Məmmədli/N.Bayramlıdan ibarət cütlüyümüz daha yaxşı çıxış edərək, turnirdə ikinci yeri tutmaqla gümüş medal qazanıb.

Digər cütlüyümüz isə çıxışını dördüncü yerdə başa vurub.

Xatırladaq ki, fevralın 23-dək voleybolçularımız Latviyada təlim-məşq toplanışında olacaq və bu ərəfədə daha bir turnirə qatılacaqlar.

İNTİQAM Məmmədov