Bu gün qadın voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sayca 10-cu olan növbəti turun oyunları keçirilib. Tur çempionatın liderləri üçün uğurlu olub. Belə ki, turnir cədvəlinə liderlik edən "Abşeron" klubu Bakı Voleybol Mərkəzində "Murov Az Terminal"i quru hesabla məğlub edib - 3:0.
Eyni məkanda keçirilən digər oyunda "Milli Aviasiya Akademiyası" klubu UNEC-i həmin hesabla udub - 3:0.
"Gəncə" klubu isə Gəncədəki OİK-də "Azərreyl"i üstələyib - 3:0.
Turnir cədvəli: Abşeron - 26 xal, MAA - 24, Gəncə - 17, Azərreyl - 12, Murov Az Terminal - 11, UNEC - 0.
İNTİQAM Məmmədov