Mənə tanış gəlir bu qaya, bu daş,
Bu qaya üstündən Aya baxmışam.
Bəzən buludların gur leysanında,
Sellərə qoşulub ,çaya axmışam!
Ümman dənizlərə açılıb yolum,
Dalğalar doğma tək sıxıb qoynuna.
Bəzən də sahilə atıb hikkəylə,
Bir körpə uşaqtək çıxıb boynuma!
Çəkibdi özünə soraqlı yollar,
Zülməti görmüşəm, işıq görmüşəm.
Zərif çiçəklə də mən dil tapmışam !
Şeir çələngimi çox şıq hörmüşəm !
Bu nağıllı ömür nə gözəl Allah,
İstərəm olmasın xəta-bəlası!
Heykəl istəyirəm,bir Söz Heykəli,
Neçə əsrlərə çata, - qalası!
Fəridə Ləman