Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

TƏBRİK EDİRİK!

Axan çaylar,sən kiminsən?-

Mənə körpü salanın!

Doğan Günəş,sən kiminsən?-

Məndən işıq alanın!

Sonsuz fəza,sən kiminsən?-

Məndə qanad çalanın!

Həyat,söylə,sən kiminsən?-

Mən həyatı öyrənənin!

Cəfər Cabbarlı

10.02.2025

XX əsr Azərbaycan ədəbiyyatının nəhəng simalarından olan,Azərbaycanın böyük dramaturqu CƏFƏR CABBARLInın nəvəsi,C.Cabbarlı ev-muzeyinin direktoru,Əməkdar mədəniyyət işçisi,ədəbiyyatşünas QƏMƏR SEYFƏDDİNQIZInın Doğum Günüdür!

Qəmər xanım fevralın 10-da böyük zəka sahibi CƏFƏR CABBARLININ qızı GÜLARƏ CABBARLI və böyük yazıçı SEYFƏDDİN DAĞLI ailəsində dünyaya göz açıb.

Sevimlimiz QƏMƏR xanım- Sizi Doğum Günü münasibətilə ürəkdən təbrik edirik!

Sizə möhkəm can sağlığı,uzunmüddətli səmərəli fəaliyyətinizdə uğurlar arzulayırıq!

Əzizimiz QƏMƏR xanım- Sizi həqiqətən də çox sevirik!

Rəsmiyyə Heybətağaqızı