Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İlk övlad sevinci…

 

Minnətdarlıq məktubu

 

Ata, ana olmaq insana dünyanın ən gözəl duyğusunu yaşadırsa da, valideyn kimi onların məsuliyyətini də artırır. İlk övlad sevinci isə əvəzolunmazdır. Masallı rayonunun Ərkivan qəsəbə sakini, “Xocavəndin azad olunmasına görə” medallı Vətən müharibəsi iştirakçısı Elvin Sadif oğlu Mehdiyevin redaksiyamıza ünvanladığı minnətdarlıq məktubundan bunu aydın sezmək olur:

 

“Bu günlərdə dünyaya göz açan körpəmiz ailəmizə ilk övlad səadəti, babasına, nənəsinə beşinci nəvə sevinci bəxş etdi.
Masallı Rayon Mərkəzi Xəstəxanasına müraciət etdikdən sonra həyat yoldaşım tibb müəssisəsinin həkimləri tərəfindən müayinə olundu. Həkim və tibbi heyətin düzgün müayinə, müalicəsi və müvafiq tibb xidməti nəticəsində sağlam körpəmiz dünyaya gəldi. Bir neçə gündən sonra ana və körpə sağlam şəkildə evə yola salındı.
Ailəmiz adından ilk növbədə Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru İlqar Ramizoğluna səhiyyə ocağında yüksək tibb xidməti təşkil etdiyi üçün, ginekologiya və doğum şöbəsinin müdiri Təhminə Bəndəliyevaya, həkim-pediatrlar Sevinc Məmmədova, Aysel Əliyeva, mama-ginekoloq Könül xanıma, tibb bacısı Dilarə Yəhyayevaya, o cümlədən bütün tibbi personala anaya və körpəyə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirirəm.”

 

Biz də “AZpress.AZ” İnformasiya Agentliyi olaraq Mehdiyevlər ailəsini təbrik edir, ən isti istəklərimizi çatdırırıq: “Ocağa yeni nəfəs gətirən körpəniz gələcəkdə atası Elvin kimi vətənpərvər oğul, el-obasına, valideynlərinə xeyirli övlad olsun!”