Fevralın 11-də Xırdalandakı "Abşeron ' Olimpiya İdman Kompleksində 20 yaşadək (U-20) güləşçilər arasında güləşin sərbəst və Yunan-Roma növü üzrə seçmə xarakterli Azərbaycan çempionatına start verilib. Qeyd edək ki, sərbəst güləşçilərim çıxışı ilə start götürən çempionatın ilk günü çəkisi 57, 65, 74, 86 və 97 kq olan gənclər çempionluq uğrunda mübarizə aparıblar.
57 kq-da Vasif Bağırov, 65 kq-da Hacı Kərimov, 74 kq çəkidə Omar Gülməmmədov, 86 kq-da Məhəmməd Abbaszadə, 97 kq çəki dərəcəsində isə Rəvan Musayev bütün görüşlərini qələbə ilə başa vuraraq, Azərbaycan çempionu adını qazanıb.
Yarışın proqramına əsasən, fevralın 12-də sərbəst güləşçilər 61, 70, 79, 92 və 125 kq çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaqlar.
13-14 fevral günlərində isə meydan yunan-Romaçıların ixtiyarına veriləcək.
Reqlamentə görə, hər çəki dərəcəsində ilk üç yeri tutan idmançılar ölkə yığmasina cəlb ediləcək və onlar təlim-məşq toplanışına qatılacaqlar. Daha sonra isə onların arasından Avropa və dünya çempionatına və eləcə də beynəlxalq turnirlərə gedəcək idmançılar seçiləcək.
İNTİQAM Məmmədov