Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xörəyin hansı qabda bişirməyindən xəbəri olmayaraq "mənə də bir çömçə qoy"- deyənlər və yaxud ömründə bir kitab ağzı açmayıb "alimlik" edənlər üçün yazıram.

Bəli, Hüseyn Cavid, Mikayıl Müşfiq və Üzeyir Hacıbəyov bizim xalqımızın mənəvi pasportuur. Buna söz yox. Amma onlar da Stalinin və sosializmin şərəfinə əsərlər yazıblar. Məsələn, Müşfiqin "Stalin" poeması, Üzeyir bəyin "Stalin" kantatası, Cavid əfəndinin "Azər" poeması məhz bu mövzudadır. Dediyim odur ki, zaman o zaman olub ki, bu mövzulara müraciət etməyənləri ağır cəzalar gözləyib. Bu cəzadan hətta, Cavid və Müşfiq də yayına bilməyiblər, repressiya qurbanı olublar. Üzeyir bəyi Nərimanov, Səməd Vurğunu isə Stalin xilas edib, bu məsələdə Bağırovun heç bir rolu olmayıb.

Yadda saxlayın, Sosializmə nəinki məhəbbət, sadəcə "rəğbət bəsləməyənləri" ağır cəza gözlyib. Belə ki, rus şairi Osip Mandelştamın kafasını "türmədə" çəkiclə əzib öldürüblər, Azərbaycan yazıçısı Seyid Hüseyni isə Xəzərdə batırıb məhv ediblər.

Dediyim odur ki, yalançı "cəngavərlərə" inanmayın. Ki yəni vaxtilə siyasi sistem adamları istədiyi "qəlibə" salıb. Yaşadığı ərazinin adi bir "jek" müdirinə etiraz etməyə cürəti çatmayan "qəhrəmanlar" bu gün çox asanlıqla 30-cu illərin cəlladlarını ittiham edirlər. Hmmm....

Yəqin ki, belələrini siz də yaxşı tanıyırsız.