Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qar bürüyüb yolu-izi,

Xatirələr üşüyübdü.

Nağılların ocağına

Xəyalımdan köz düşübdü.

İsinməyə gələrsənmi-

Hərdən bizə gələrsənmi?

 

Ömür-günü düzüb sapa,

Baxa-baxa qocalırıq.

Bəzən vaxtlı,bəzən vaxtsız,

Bu dünyadan köç salırıq.

Dərdləşməyə gələrsənmi,

Hərdən bizə gələrsənmi?

 

Sərv boyumuz əyilibdi,

Qara gözü tor alıbdı.

Yollar yoxuş,ayaq gücsüz,

Daha yolundan qalıbdı.

Oturmağa gələrsənmi,

Hərdən bizə gələrsənmi?

 

Deyirlər ki,yaz gələcək,

Çəmənlər,düzlər güləcək.

Fəridənin çox dərdini,

Bilənlər,sonra biləcək.

Yad etməyə gələrsənmi

Hərdən bizə gələrsənmi?!

Fəridə Ləman