Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Prezidentin təyyarəsi Bakıya endi - RƏSMİ

Prezident İlham Əliyevin olduğu təyyarə Bakı şəhəri Heydər Əliyev Beynəlxalq hava limanına eniş edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Sankt-Peterburq şəhərində MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevə baş vermiş qəza ilə bağlı məruzə olunan kimi dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib və Azərbaycana qayıdıb.