FEVRAL AYI ...
Salam , əziz dostlarımız və bizi FB-dan izləyənlər . Hamınızı xoş gördük . Qışın ikinci ayı gedir . Uğurlu və düşərli olsun . Ruzimiz bol , sağlamlığımız da öz yerində olsun . Dünyamız sakit olsun . AMİN ! ...
Sizlər üçün yeni yazılarımdan
"FEVRAL SOVQATI"-nı paylaşıram .
Allah sizləri qorusun . Bizi gözləri götürməyən düşmənlərimizə ithafən (Xarici düşmənlər) .
BOYDA .
Nə qazandıq , nə itirdik ,
İki başlı bu oyunda .
Uzun yalanlar eşitdik ,
Hərəsi bir dəvə boyda .
Heç baxmadız üzümüzə ,
Soxulursuz gözümüzə ,
Düşmən kəsilmisiz bizə ,
Hərəniz bir dövlət boyda .
Artıb yaman iştahınız ,
İşləməyir heç başınız ,
Başınıza düşsün daşımız ,
Yığdığınız sərvət boyda .
Yorulub , barı dayanın ,
Əbləhsiniz , bir oyanın ,
Bu milləti aldatmayın ,
Yarı qürbət , yarı burda .
ŞÖHRƏT YALQUZAQLARI .
İl boyu küllənirsiz ,
Heç nəyi bilməyirsiz ,
Başımıza bəlasız ,
Şöhrət yalquzaqları .
İşinizin yox adı ,
Seçmirsiz yanan , yadı ,
Qaçıb hər şeyin dadı ,
Şöhrət yalquzaqları .
Söz demək olmur sizə ,
Dayanırsız tez üzə ,
Bənzəyirsiz ilbizə ,
Şöhrət yalquzaqları .
Doymayır heç qarnınız ,
Hey yal axtarırsınız ,
Çıxaydı kaş canınız ,
Şöhrət yalquzaqları .
Nə edim , mən biçarə ,
Edirlər zülm , naçarə ,
Tapın dərdimə çarə ,
Şöhrət yalquzaqları .
05 . 02 . 2025 .