Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bu gün kişi və qadın şahmatçılar arasında keçirilən Azərbaycan çempionatında yarımfinal oyunları başa çatıb və bununla da finalçılar müəyyənləşib. Kişilərin yarısında finala Şəhriyar Məmmədyarovla Rauf Məmmədov yüksəlib. Qadınların həlledici görüşündə isə Gövhər Beydullayeva ilə Günay Məmmədzadə üzləşəcək. 

Xatırladaq ki, Məmmədyarov finala çıxışda Misrətdin İsgəndərovu, Rauf Məmmədov işə Teymur Rəcəbovu üstələyib.

Qadınların finalçılarına gəlincə, Günay Məmmədzadə Gülnar Məmmədovanı, Gövhər Beydullayeva isə Ülviyyə Fətəliyevanı finaldan kənarda saxlayıb.

Yeri gəlmişkən, mükafat fondu 60 min manat təşkil edən kişilərin yarışında qalib adını qazanan 20 min, qadınların 30 min mukafatlıq yarışının qalibi isə 10 min manat qazanmış olacaq.

İNTİQAM Məmmədov