14-16 fevral günlərində Bakıdakı Milli Gimnastika Arenasında kişi və qadınlar arasında cüdo üzrə "Dünya Cüdo Seriyası"dan olan "Böyük Dəbilqə" turniri keçiriləcək. Üç gün davam edəcək turnirdə Azərbaycan da daxil olmaqla, 38 ölkəni təmsil edən 270 tatami ustası medallar uğrunda yarışacaq. Turnirə ev sahibliyi edən Azərbaycan yığması yarışa 12 çəki dərəcəsində 9-u qadın olmaqla 33 cüdoçu ilə qatılacaq.
Yeri gəlmişkən, turnirdə hər çəkidə ilk 3 yeri tutan cüdoçular müvafiq olaraq, 1000, 700 və 500 reytinq xalı qazanmış olacaq.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)